Uşaqlara  istədiyi hər şeyi verməyə çalışmayın.

      Bütün  valideynlər uşaqlarına hər şeyin ən yaxşısını vermək  istəyirlər.Bu da təbiidir. Çünki biz, həqiqətən də, övladlarımız üçün hər şeyin ən yaxşısını arzulayırıq. Doğrudur, yeni oyuncaqlar, hədiyyələr və fəal oyunlar uşaqlara  sevinc  hissi yaşadır, onları  xoşbəxt edir. Amma çox vaxt da uşağının tərbiyəsinə kifayət qədər vaxt ayıra bilməyən valideyn bu boşluğu doldurmaq üçün övladına müxtəlif hədiyyələr alır və uşağın istədiyi hər şeyi ona verməyə çalışır. Bununla sanki "günahını yumuş" olur.Müəyyən vaxt keçdikdən sonra uşaq arzuladığı hər şeyin onun olmasına alışır və bu onun üçün adiləşir. Başqa sözlə desək "hazırın naziri" olur. Əslində isə valideyn özü övladını aldatmış olur. Belə ki,əgər həqiqətdə sizin maddi durumunuz kifayət qədər yaxşı deyilsə,  övladınız sizin ona uşaqlıqda alışdırdığınız “rahatlıq” və "xoşbəxtliyi " əldə etmək üçün ömür boyu əziyyət çəkməli olur. Uşağınızı düzgün tərbiyə etmək və bu işdə səhvə yol verməmək üçün onu yalanlara alışdırmayın. Uşağın istədiyi hər şeyi ona versəniz, o buna oyrəşir və elə bilir ki, hemişə  hər şey onun istədiyi kimi olacaq.Belə uşaqlar yaşa dolduqca istədiyi ən bahalı maşını əldə edə bilməyəndə, işə başladığı ilk işinin arzuladığı kimi rəhbər vəzifə olmadığını görəndə, qalan həyatı boyu özünəinam və özünəgüvən  hissini itirir. Bütün bunların baş verməsini istəmirsinizsə, uşaqlarınızı həyatda müstəqil və  sərbəst yaşamağa hazırlayın.Əgər doğurdanda övladınızın xoşbəxtliyini istəyirsinizsə , istədikləri hər şeyi onlara verməyə tələsməyin.

 

 

 

 

 

SAYTIN MENYUSU

Block title

Block content

Block title

Block content

KATEQORİYA

axtarış

facebook

təqvim

«  Noyabr 2024  »
BeÇaÇCaCŞBa
    123
45678910
11121314151617
18192021222324
252627282930