Uşaqlarda dırnaq yemək vərdişi
Dırnaq yemək əsasən uşaqlarda görülməsinə baxmayaraq, yetkin insanlarda da kifayət qədər çox rast gəlinən bir davranışdır. Uşaqlarda bu cür davranışlar adətən 3-4 yaşlarında başlayır.
Səbəbləri:
1. Evdə onu narahat edən abu-hava var. Ola bilsin ki, valideynlər arasında narazılıq var və ya ailədə yeni uşaq dünyaya gəlib. Bu hadisələr uşağın fikirlərini qarışdırır və o, öz narazılığını dırnaq yeməklə bildirir.
2. Özünü güvənsiz hiss edir.
3. Uşaq tez-tez danlanır.
4. Ailənin həddindən çox qanunlar və qaydalar içində yaşaması.
5. Uşağın başqalarının yanında alçaldılması.
6. Heç bir səbəb olmadan sadəcə sevdiyi birinin dırnaq yeməsini təlqin etməsi.
Bəs bu halda nə etməli?
1. Ona güvəndiyinizi hiss etdirməli.
2. Lazımsız yerə ona cəza verməməli.
3. Heç kəsin yanında onu alçaltmamalı, əksinə qürurlandırmalı.
4. Qorxu və şiddət filmləri izlətməməli.
5. Uşağın yanında mübahisə etməməli.
6. Sevgi və qayğı ilə yanaşmalı.
7. "Dırnağını yemə!” deyərək üstünə qışqırmamalı. Bu fayda ferməyəcək. Əksinə zarafatla fikrini başqa tərəfə yönəltməli.
8. Onu dırnaq yeməyən başqa uşaqlarla müqaisə etməməli.
Əziz analar, əslində sıxıntı hamımızın övladında ola bilər. Sadəcə hər uşaq bunu öz üsulu ilə ifadə edir. Gəlin, birlikdə övladlarımızı pis vərdişlərdən uzaqlaşdıraq.
• Övladımızın xətrinə dəyəcək bənzətmələrdən uzaq duraq.
• Onu bacı-qardaşları ilə müqaisə etməyək.
• Bu vərdişi tərgitməsi üçün acı istiot, bibər, əlcək və s. vasitələrdən istifadə etməyək.
• Onunla başa düşəcəyi üslubda xoş söhbət etməyi sınayaq.
• Məşqul olmasını, diqqətinin dağılmasını təmin edək.
Bir də ailədə isti, sakit və mehriban abu-hava yaradaq ki, övladlarımız da qayğısız böyüsünlər.
"Pətək” İB-nin psixoloqu, Şəhla Hilal qızı
SAYTIN MENYUSU
Block title
Block content
Block title
Block content
KATEQORİYA
Xəbərlər [27] |
axtarış
təqvim
« Noyabr 2024 » | ||||||
Be | Ça | Ç | Ca | C | Ş | Ba |
1 | 2 | 3 | ||||
4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
25 | 26 | 27 | 28 | 29 | 30 |