Vicdanları qanadan məktub

  (bu məktubu ömürlük həbsə məhkum olunmuş bir gənc öz müəlliminə yazmışdır)

                 Günahkarsan müəllimim! Dünən salamını aldım. Əgər həbsxanada olmasaydım, gəlib həm əlini öpər həm də bu sözlərimi üzünə söyləyərdim. Mənim üçün, "Belə bir insanın müəllimi olduğum üçün utanıram” demişdin. Doğru demisən. Mənim kimi bir cani yetişdirdiyin üçün həqiqətən də utanmalısan. Çünki, mən qürurlanacaq heç bir şey etmədim. Ailəmə, çevrəmə və sevdiklərimə ziyan verdim, pis işlərə uğradım.Sonda isə həbsə atıldım. Mən yaxşı insan, faydalı bir şəxs olmadım. Mən də özümdən razı deyildim. Ətrafımdakı insanlar tərəfindən qəbul edilməmək, alçalmaq və pis bir insan olaraq görünmək əlbətdəki, insanı razı salmaz.
Amma müəllimim, mənim bu pis həyatımın səbəbi sən idin. Məni tənqid etməzdən əvvəl, mənə etdiklərini xatırla. Məni necə ruhsuz bir robot halına gətirdiyini düşün.
                 Ah müəllimim! Məni oxudan, məni tərbiyə edən və mənə şəkil vərən sənsən. Sənə baxdım,nümunə götürdüm. Nə verdinsə o oldum. Səninlə beş il eyni məktəbi paylaşdım, sonra da məktəbi tərk etdim.
Mənə etdiklərini xatırlayırsanmı müəllimim? Gəl birlikdə xatırlayaq və sənə nədən təqsirkar olduğunu söyləyim.
                Mənim anam yox idi. Evimizdəki ögey ana da məni istəmirdi. Ailəmdə sakitlik və rahatlığım yox idi. Hər şeyi əskik və nöqsanlı edirdim. Verdiyin tapşırıqları da buna görə yerinə yetirə bilmirdim. Mənim çətin həyat şərtlərimi bildiyin halda, əsla anlayışlı olmadın. Həmişə üstümə gəldin. Məni həm sevgidən, həm məktəbdən, həm də cəmiyyətdən soyutdun. Anam olmadığı üçün təmiz və səhmanlı da ola bilmirdim. Məni hər səhər buna görə danlayırdın. Ya kirli və cırıq şalvarıma, ya da kirli əllərim və uzanmış dırnaqlarıma, ya da baxımsız üzümə və saçlarıma istehza edərdin. Necə əzildiyimi, alçaldığımı və sənə içdən necə hirsləndiyimi anlada bilmirəm. Tapşırıqlarımı etmədikdə əlindəki xətkeşlə vurmadığın və incitmədiyin yer qalmazdı. Dözə bilməyib ağlayanda " Kişilər ağlamaz” deyirdin. Buna görə məktəbə gəlmək mənə işgəncə olurdu. Onsuz da dava-dalaşlı evimizdən qaçmaq və özümü bayıra atmaq istəyirdim. Tək sığına biləcəyim yer məktəb idi. Məktəbə gəlməyimə də sən məni min peşman edərdin. Buna görə də bütün insanlara, hər kəsə üsyan etdim, asi oldum.
                 Müəllimim xatırlayırsansa, bir gün məndən atama şikayət etmişdin. "Dərsi oxumur və çox yaramazlıq edir” demişdin. Atam məni çox pis döydü. Atamın dəyənəyinə deyil, sənin şikayətinə çox hirsləndim. Atam cahildi, döyə bilərdi. Amma səndən bir az anlayış gözləyirdim. Məni qorumanı nə qədər istəyirdim... Amma bunu etmədin!
                Ah müəllimim sən çox günahkarsan! Nə olardı müəllimim mənə bir az gülər üz göstərsəydin, halımı soruşsaydın, yanağımı oxşayıb sevgi göstərsəydin və məni özünə bağlayıb nəsihətlər etsəydin!
Niyə bunları məndən əsirgədin? Halbuki, sənə sığınmağı, səndən yardım görməyi nə qədər istəmişdim. Ah, məni bir dəfə qoruyuyub əzizləsəydin bəlkə də o üsyan atəşi yanmadan sönərdi. Bəlkə də indi ömrümü dörd divar arasında keçirməzdim. Məni neçə dəfə sinifdən qovub, alçaltmışdın. Dostlarımın yanında məni lağa qoyanda və onların da mənə güldüklərini görəndə neçə dəfə ölmək istəmişdim..
Qısası, sən mənə yaxşı bir nümunə olmadın, örnək müəllimlik təqdim etmədin. Mənim cəmiyyət içərisində zərərli olmağıma zəmin hazırladın. Əkdiyin toxumlar ruhumda üsyan meyvələrini yetişdirdi. Sonrada həm özümə, həm də əhatəmə zərər verən bir insan oldum.
                Utan müəllimim! Mənim etdiklərimə baxaraq utan! Mənə müəllim olduğun üçün utan. Utan ki, digərləri sənin kimi olmasınlar. Amma müəllimim, əgər Rəbbim axirətdə sizi, mənim üçün hesaba çəkərsə, bilin ki, yenə də bütün günahlarınızı halal etməyə hazıram. Çünki, hər necə olsa da müəllimimsiniz, yenə də əllərinizdən öpürəm.



SAYTIN MENYUSU

Block title

Block content

Block title

Block content

KATEQORİYA

axtarış

facebook

təqvim

«  Noyabr 2024  »
BeÇaÇCaCŞBa
    123
45678910
11121314151617
18192021222324
252627282930