ZƏNCƏFİL   

  Zəncəfil- tropik iqlimdə bitən, yumru köklü sarımtıl bitkidir. Bu bitkinin əsas təsirli xüsusiyyətləri tərkibində uçucu yağların, fenol birləşmələrin olmasıdır. Həmçinin, tərkibində    B3,  B6, və E vitaminləri, kalsium, dəmir, maqnezium, kalium, selen, fosfor, sink  A və B qrupu vitaminləri, nişasta vardır.İnsan sağlamlığı üçün çox önəmli bitki sayılır. Bir çox xəstəliklərin müalcəsində çox yararlıdır.

         ● Zəncəfilin antiseptik xüsusiyyəti qanı təmizləyir.

         ● Həzm sitemini nizama salır, ürək bulanmasının qarşısını alır. Uzaq yola çıxmazdan yarım saat əvvəl 1 qram zəncəfil ağıza qoymaq ürək bulanmasının qarşısını alır.

         ● Yaddaşı gücləndirir.

         ● Qızdırma zamanı tərləməyə kömək edir.

         ● Ağrıkəsici xüsusiyyərə malikdir.

         ● Soyuqdəymə və qrip xəstəliklərində çox faydalıdır. Bu zaman çay, bal və zəncəfil qarışığı içmək məsləhətdir.

         ● Sakitləşdirici təsiri vardır.

         ● Oynaq ağrılarında faydalıdır.  

         ● Qan şəkərin miqdarını tarazlayır.   

         ● Qida zəhərlənmələrində faydalıdır.

         ● Baş ağrılarına kömək edir.

         ● Yuxusuzluğu aradan qaldırır.

         ● Qandakı xolesterolu aşağı salır.

         ● Tənəffüs yollarını açır. Astma xəstələri üçün faydalıdır.

         ● Yorğunlugu aradan götürür.

         ● Xərçəng hüceyrələrinə təsir edir.

         ● İnfeksiyanı məhv edir.

        

          İstifadə qaydası: Zəncəfili xırda-xırda doğramaq, üzərinə isti su əlavə etmək lazımdır. Zəncəfil tozunu isə suya və yeməklərə əlavə etmək olar.

          Diqqət: Yaşından asılı olmayaraq, gün ərzində 4 qramdan artıq zəncəfil istifadə etmək  və  2 yaşından az uşaqlara vermək olmaz.

    

 

 

SAYTIN MENYUSU

Block title

Block content

Block title

Block content

KATEQORİYA

axtarış

facebook

təqvim

«  Noyabr 2024  »
BeÇaÇCaCŞBa
    123
45678910
11121314151617
18192021222324
252627282930