Zeytunun faydası
Zeytun qida dəyəri çox yüksək olan bir bitkidir. Zeytunda bitki mənşəli zülal, yağ, A, C, E vitaminləri ilə kalsiyum, fosfor, kükürd, xlor, maqnezium, fosfor mineralları var. Zeytunun faydaları:
· - zeytun iştahı açır
· - qaraciyərin funksiyasını yaxşılaşdırır
· - böyrəklərdə qum və daş əmələ gəlməsinə mane olur
· - beynin və sümüklərin inkişaf edib möhkəmlənməsinə kömək edir
· - bağırsaq qurdlarının tökülməsinə yardım edir
· - qan şəkərini saldığı üçün şəkər xəstələrinə faydalıdır
· - yüksək təzyiqi salır
· - dərini qidalandırır, gözəlləşdirir
· - hüceyrələrin yenilənməsini təmin edərək yaşlanmanı gecikdirir
· - zeytun yağı ürək-damar sistemi üçün faydalıdır
· - hepatit B-yə qarşı təsirlidir
· - soyuqdəymə, sətəlcəm və tənəffüs yollarının infeksiyalarında faydalıdır
· - saçların tökülməsinin qarşısını alır.
Peyğəmbərimmiz (s.a.s) "Zeytun yağını için və onunla yağlanın. Çünki o, mübarək bir ağacdandır" demişdir. "Qurani-Kərim"in 6 surəsində zeytunun adı çəkilir. Zeytunla bağlı ayə və hədislərə diqqətlə baxsaq həm ağacına, həm meyvəsinə, həm də yağına əhəmiyyət verildiyini görərik.