Ana səhifə » 2016 » Yanvar » 20 » 13 saylı məktəbdə görüş

23:47
13 saylı məktəbdə görüş

19.01.2016 - cı il tarixində " Pətək İB" nin Təhsil Nazirliyinin dəstəyi və TİKA ilə birgə həyata keçirdiyi "Sağlam qida - sağlam nəsil" layihəsinin "Sağlam həyat tərzi" adlı mərhələsinə start verildi.

" Sağlam həyat tərzi " mərhələsinin ilk təqdimatı Şəfiqə Axundova adına 13 saylı orta məktəbdə keçirildi. Təqdimatda 5,6,7,8 - ci sinif şagirdləri iştirak etdi. Görüşdə məqsəd, insanın sağlamlığına təsir edən zərərli vərdişlərdən imtina etməyi şagirdlərə aşılamaq idi.Əvvəlcə uşaqlara 4 qrupa bölünərək sağlam həyat tərzinə təsir edən müsbət və mənfi amilləri təsvir etmək tapşırıldı. Bu işin öhdəsindən uğurla gələn şagirdlər öz fikirlərini kağız üzərində çox dolğun əks etdirdilər. Sonra uşaqlara maarifləndirici videoçarx nümayiş etdirildi. Ümid edirik ki, şagirdlər sağlam həyat tərzinin önəmini dərk edərək, öz həyatlarında tətbiq etməyə çalışacaqlar.

Категория: Xəbərlər | Baxılıb: 939 | Əlavə etdi: petek | Reytinq: 0.0/0
Cəmi şərhlərin sayı: 0
Имя *:
Email *:
Код *:

SAYTIN MENYUSU

Block title

Block content

Block title

Block content

KATEQORİYA

axtarış

facebook

təqvim

«  Yanvar 2016  »
BeÇaÇCaCŞBa
    123
45678910
11121314151617
18192021222324
25262728293031