Esenler bələdiyyəsi tərəfindən təşkil olunmuş "5-ci Uluslararası Barış Ekmeği Festivalı"na bütün dünyaya dostluq və qardaşlıq mesajı vermək üçün gələn uşaqlar İstanbul gəzintisinə çıxdılar.
Layihə çərçəvəsində İndoneziya, Əfqanstan,Fələstin, Azərbaycan, Gürcüstan, Qırgızıstan və digər ölkələrin uşaqları birlikdə İstanbulun mədəni-tarixi yerlərini böyük maraqla gəzdilər.
Esenler Bələdiyyəsinə aid avtobuslarla gəzintiyə çıxan uşaqlar Əsrin Layihısi adlandırılan Marmarayla Avropadan Asiyaya keçdilər. Kiçik qonaqlar ilk dəfə dənizin altından keçən 1 reysli sistemə minmənin böyük həyəcanını yaşadılar. Sabah isə uşaqlar öz ölkələrindən gətirdikləri unla "Barış Ekmegi" hazırlayacaqlar.
Qeyd edək ki, bu coşqulu və çox anlamlı festivalda Azərbaycanı "Pətək" təmsil edir.