3 dekabr 2015-ci il tarixində "Pətək"İB-nin "Sağlam olaq"klubu layihə çərçivəsində ikinci görüşünü keçirdi. Görüş "Sağlam qida-sağlam nəsil" layihəsinin iştirakçılarından olan 6 saylı orta məktəbdə baş tutdu. Görüşdə Müdafiə Nazirliyi Məhkəmə Tibb Ekspertiza Mərkəzinin həkim- eksperti Səfərbəy Səfərbəyov, “Herba Flora” şirkətinin müdiri - həkim Füzuli Hüseynov, “Khatt Recers” şirkətinin direktoru, sosioloq Şahin Zülfüqarov, müsabiqədə iştirak edən məktəbin müəllimləri, valideynlər və şagirdlər iştirak edib. Xatırladaq ki, "Sağlam olaq” klubunun məktəblilərlə ilk görüşü noyabr ayının 4-də keçirilib.Bu cür görüşlər ayda bir dəfə nəzərdə tutulub. Tədbirin keçirilməsində əsas məqsəd layihədə qalib olan məktəblilərin özlərindən yaşca kiçik olan yoldaşlarını maarifləndirməsidir. Tədbirdə çıxış edən ekspertlər şagirdlərə sağlam yaşam və sağlam qidalanmaq üçün zəruri tövsiyələr verib, onların suallarını cavablandırıblar.
|