Hazırlanması: Bütün ərzaqları qarışdırıb yoğurun. Xəmir əvvəlcə qırıntılı olacaq, bundan narahat olub xəmirə süd və ya su qatmaq qətiyyən olmaz. Bir az yoğurduqdan sonra xəmir elastik olacaq, onu salafana qoyun və 1 saat soyuducuda saxlayın. Soyudulmuş xəmiri yayın və müxtəlif formalarda kəsin. Bişirmə qabınıza perqament kağızı sərib peçenyeləri üzərinə yığın. Əvvəlcədən qızdırılmış sobada 200 dərəcədə 10 dəqiqə bişirin. Zövqə görə peçenyeyə kakao, vanillin və ya darçın əlavə edə bilərsiniz. Nuş olsun!!!